




Ali riyaziyyat kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq riyaziyyat və tətbiqi riyazi fənlər üzrə tədris və elmi-tədqiqat fəaliyyətini həyata keçirir. Kafedraya Azərbaycanın riyaziyyat üzrə ilk qadın elmlər doktoru, professor Tamella xanım Nəsirova elmi məktəbinin nümayəndəsi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent K.K. Ömərova rəhbərlik edir.
Kafedrada 13 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Heyətin tərkibində 1 nəfər riyaziyyat elmləri doktoru, 3 dosent, 5 nəfər fəlsəfə doktoru, 4 nəfər doktorant fəaliyyət göstərir.
Kafedrada elmi-tədqiqat işlərinin aparılmasına, monoqrafiya, dərslik, dərs vəsaiti, məqalələrin, müvafiq proqramların, tədris-metodik vəsaitlərin və mühazirə materiallarının hazırlanmasına xüsusi diqqət yetirilir. Kitabxanada fənlər üzrə dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər mövcuddur.
Tədrisin keyfiyyətinin yüksəldilməsi və ixtisaslı kadrların hazırlanması kafedranın fəaliyyətində mühüm yer tutur. Kafedrada fəaliyyət göstərən professor-müəllim heyətinin respublikada və xaricdə çap olunmuş çoxlu sayda məqalə və kitabları vardır.
Ali riyaziyyat kafedrası Bakı Biznes Universitetinin “Sahibkar Universitet” kimi nailiyyətinə də töhfə verir. Bu istiqamətdə kafedra “MOSE-Beynəlxalq Excel Expert Təlimi”, “Dövlət qulluğuna hazırlıq” kursu, “Magistraturaya hazırlıq” kursu və “EViews proqramı” üzrə təlimlər təşkil edir.
Kafedranın müdiri dosent K.K. Ömərovanın elmi nəticələri Ukrainian Mathematical Journal, Automatic Control and Computer Sciences, Advances and Applications in Mathematical Sciences, Taiwanese Journal of Mathematics, News of Moscow Regional State University, Mathematical Methods in the Applied Sciences, Chaos, Soliton and Fractals və digər nüvuzlu nəşrlərdə çap olunmuşdur. O, Elmin İnkişafı Fondunun 2017-ci ildə keçirilmiş əsas qrant müsabiqəsində “Bir sinif semimarkov dolaşma proseslərinin tədqiqi və bəzi tətbiqləri” adlı qrant layihəsinin rəhbəri kimi qalib olmuşdur. Eyni zamanda, bir sıra beynəlxalq nüfuzlu jurnallarda rəyçi qismində iştirak etmiş, yüksək səviyyədə yazılmış rəylərə əsasən beynəlxalq rəyçi sertifikatı ilə təltif olunmuşdur. Həmin jurnallara Q1 kvartilinə aid olan “Journal of Computational and Applied Mathematics” və “Mathematical Methods in the Applied Sciences” daxil edilmişdir.
Ali riyaziyyat kafedrası universitetin fəaliyyət göstərdiyi bütün təhsil pillələrində - bakalavriat, magistratura və doktoranturada təhsil alan tələbələrə riyazi elmlərin mənimsənilməsini və tətbiqi riyazi vərdişlərin formalaşdırılmasını təmin edir. Kafedra iqtisadiyyat, biznes və idarəetmə sahələri üçün alternativsiz əhəmiyyət kəsb edən kəmiyyət təhlili metodlarının tədrisini həyata keçirir.
Kafedrada tədris olunan əsas fənlər aşağıdakılardır:
Magistratura və doktorantura pilləsində isə tələbələrə Azərbaycan, rus və ingilis dillərində “Ekonometrika” fənni tədris olunur. Bununla yanaşı, bakalavr səviyyəsində “Xətti cəbr və riyazi analiz”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” və “Ekonometrika” fənləri ingilis dilində təhsil alan tələbələrə də tədris edilir.

KÖNÜL KAMAL QIZI ÖMƏROVA
Elmi dərəcə
Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Vəzifə
"Ali riyaziyyat" kafedrasının müdiri