




Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Bakı Biznes Universitetində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə əlavə ali təhsil ala bilərlər.
Əlavə təhsilə müraciət edən şəxslər Qəbul Komissiyası tərəfindən elan edilmiş müddət ərzində aşağıda qeyd olunmuş sənədləri Bakı Biznes Universitetinə təqdim etməlidirlər:
Sənədlər təqdim olunduqdan sonra Qəbul Komissiyası tərəfindən müraciətçinin sənədləri yoxlanılır və qəbul olunub-olunmaması ilə bağlı qərar Universitetin Elmi Şurasının müzakirəsinə verilir. Müraciətçinin qəbul olunması barədə Elmi Şuranın qərarına əsasən məlumatlar Tələbə şöbəsi tərəfindən Dövlət İmtahan Mərkəzinin “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilir və rəsmiləşdirilir.