














Bakı Biznes Universitetinin Tarixi muzeyi 2012-ci ildə yaradılmışdır. Muzey aşağıdakı tematik bölmələrdən ibarətdir: 1. Universitetin təsis sənədləri 2. Maddi-texniki baza 3. Tədris fəaliyyəti 4. Elmi-tədqiqat işləri 5. Beynəlxalq əlaqələr 6. İdman və yaradıcılıq Bu bölmələrdə Universitetin həyatı və fəaliyyəti ilə bağlı sahələrin aşkara çıxarılması, elmi-iqtisadi və mədəni göstəriciləri dolğun şəkildə əks etdirən fotostendlərin tərtibatına daha çox diqqət yetirilmişdir. Həmçinin idman və yaradıcılıq sahəsində əldə olunan diplomlar da muzeyin eksponatları sırasında nümayiş etdirilir. Muzeyin eksponatları Universitetin qonaqları, professor-müəllim heyəti və tələbələri tərəfindən böyük maraqla qarşılanır və Bakı Biznes Universitetinin sürətli inkişaf yolu haqqında yüksək təəssüratlar yaradır.
Bakı Biznes Universiteti 1993-cü ildə təsis olunmuşdur. Universitet Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk özəl ali təhsil müəssisələrindən biridir. Yarandığı vaxtdan məqsədi ölkənin iqtisadiyyatına və biznes mühitinə uyğun, müasir bilik və bacarıqlara malik mütəxəssislər yetişdirmək olmuşdur. Universitetin əsas istiqaməti iqtisadiyyat, biznesin idarə edilməsi, maliyyə, mühasibat uçotu, marketinq və idarəetmə sahələrində peşəkar kadr hazırlığıdır. İllər keçdikcə universitet öz maddi-texniki bazasını gücləndirmiş, tədris prosesinə yeni informasiya texnologiyalarını tətbiq etmiş və beynəlxalq əlaqələrini genişləndirmişdir. 2007-ci ildə Bakı Biznes Universiteti Azərbaycanın Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş, bu da onun tədris keyfiyyətinin və diplomlarının rəsmi tanınmasını təmin etmişdir. Sonrakı illərdə universitet bir sıra beynəlxalq layihələrə qoşulmuş, Avropa universitetləri ilə əməkdaşlıq müqavilələri imzalamış, “Erasmus+” və digər mübadilə proqramlarında iştirak etmişdir. Hazırda BBU Azərbaycan təhsil sistemində biznes yönümlü ixtisaslar üzrə ixtisaslaşmış, özəl ali təhsil müəssisəsi kimi fəaliyyətini uğurla davam etdirir.
Bakalavriat səviyyəsində təhsil müddəti bütün ixtisaslarda 4 il (8 semestr), qiyabi şöbədə isə 5 ildir (10 semestr). Tədris müddətində tələbələrə ixtisasları üzrə əsas və əlavə fənlər tədris olunur.
Universitetin bütün korpus və köməkçi binaları Yasamal rayonunda, 20 Yanvar və İnşaatçılar metrostansiyalarının arasında yerləşməkdədir. Həmçinin, universitetin kampusunda gəzinti Bağçası, elm parkı, meydan, idman stadionu, oyun meydançası və s. yerləşir.
Bakı Biznes Universitetinin kitabxanası var. Burada çox sayda kitablar, dövri nəşrlər, audiovizual və kompüter məlumatı vardır.
Universitetdə 3 yeməkxana mövcuddur.
Universitetin kampusunda 1 meydança, stadion, oyun meydançası, bağ və gəzinti yeri mövcuddur.
Təhsil sahəsində bir sıra TEMPUS layihələrinin, Mövlanə, Erasmus+ kimi mübadilə proqramlarının tərəfdaşı olan Bakı Biznes Universiteti Avropa və Asiya universitetləri ilə əməkdaşlıq edir.