





125-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafiya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifidir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür.
Universitetin struktur bölmələrini Elmi Şuranın qəbul etdiyi qərarlara əsasən formalaşdırır; Hazırlanan ixtisaslara uyğun olaraq ümumfənn və buraxılış kafedralarını formalaşdırır; Normativ sənədlərin icrası üzərində nəzarəti təşkil edir; Universitetdə qəbul olunmuş qərarların və verilmiş əmrlərin icrasını təşkil edir; Kafedra və dekanlıqlarda tədrisin gedişatını özündə əks etdirən sənədlərin vaxtında və tələb olunan səviyyədə tərtib olunması üzərində nəzarət edir; Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin hazırlanması və icrası üzərində nəzarəti təşkil edir; Müvafiq nazirlik, komitə və təşkilatlardan daxil olan tövsiyə və təkliflərin icrasını təşkil edir; Vətəndaşların qəbulu və onların ərizə və şikayətlərinə baxır; Məzunların işlə təmin olunmasına əməli köməklik göstərir.
İqtisad elmləri doktoru, professor İbad Musa oğlu Abbasov Azərbaycanın görkəmli iqtisadçı alimlərindən biridir. O, 1988-ci ildə Sankt-Peterburqda «Rabitə müəssisələrində nəzarət-təftiş işinin təkmilləşdirilməsi» mövzusunda namizədlik və 2001-ci ildə Kazan şəhərində «Auditdə maliyyə təhlili» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1993-cü ildə elmdə və təhsildə əldə etdiyi nailiyyətlərinə görə professor elmi adına layiq görülmüşdür. İ.M.Abbasov 125-dən çox elmi əsərin, o cümlədən 4 dərslik, 5 monoqrafiya, 5 dərs vəsaiti, 2 metodik vəsaitin, bir çox fənn proqramlarının və elmi məqalələrin müəllifidir. Onun elmi əsərləri Almaniya, Türkiyə və Rusiya Federasiyasının nüfuzlu elmi jurnallarında dərc edilmişdir. İ.M.Abbasov 1999-cu ildən hazırkı dövrə qədər «Audit» jurnalının baş redaktorudur. Yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. İ.M.Abbasov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. O, Azərbaycan Respublikasında Audit elmi məktəbinin yaradıcısıdır, Respublika və beynəlxalq elmi forumlarda məruzə və çıxışlarla iştirak edir. Ölkəmizdə iqtisad elminin inkişafında və iqtisadçı kadrların hazırlanmasındakı xidmətlərinə görə fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür.