




Bakı Biznes Universitetində iqtisadi yönüm üzrə magistr hazırlığı 2 illik tədris müddətini əhatə edir. Tədris prosesi dünya təcrübəsinə istinad edilərək, güclü maddi-texniki bazaya malik laboratoriyalarda interaktiv metodlarla aparılır. Aşağıda cari tədris ili üçün ixtisaslar və minimum keçid balları təqdim olunmuşdur.
Maliyyə mühasibatlığı (Əyani): 45.0 (66.5)
İdarəetmə mühasibatlığı (Əyani): 45.0
Audit (Əyani): 45.0 (65.5)
Maliyyə menecmenti (Əyani): 45.0
Vergi və vergitutma (Əyani): 45.0
Maliyyə nəzarəti və audit (Əyani): 45.0
İqtisadiyyatın tənzimlənməsi (Əyani): 45.0
Turizmin iqtisadiyyatı (Əyani): 45.0
Beynəlxalq iqtisadiyyat (Əyani): 45.0 (66.5)
Strateji menecment (Əyani): 45.0
İnsan resursları menecmenti (Əyani): 45.0
Strateji marketinq (Əyani): 45.0
Dövlət idarəetməsi (Əyani): 45.0
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş (Əyani): 46.5 (67.5)
Əhalinin müxtəlif qrupları ilə sosial iş (Əyani): 43.0
Marketinq (MBA) (Əyani): 48.0
Marketinq (MBA) (Əyani): 47.5
Marketinq (MBA, ingilis dilində) (Əyani): 45.0
Ümumi idarəetmə (Əyani): 49.0
Ümumi idarəetmə (Əyani): 52.0
Ümumi idarəetmə (ingilis dilində) (Əyani): 45.0
Rəqəmsal marketinq (Əyani): 45.0
Bakı Biznes Universitetinə qəbul olunmuş abituriyent və bakalavrlar Elm və Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sisteminin (`portal.edu.az`) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət edir.
Həmin müraciətlər ATİS-də (`atis.edu.az`) qeydiyyata alınır və sistemdə hər bir tələbəyə şəxsi kabinet açılır. Qəbul olunmuş tələbə onun üçün açılmış şəxsi kabinetdə müraciətinin statusunu izləyə bilər.
Qəbul olunmuş tələbə ATİS-in Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surətini əlavə edir:
Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa qəbul olunmuş şəxslər tələb olunan sənədlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş müddətdə Elm və Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sisteminin (`portal.edu.az`) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etmək kimi qiymətləndirilir.









