
Xoş Gəlmişsiniz!
Bakı Biznes Universiteti



Dövlət İmtahan Mərkəzi ilə Bakı Biznes Universiteti arasında əldə edilmiş razılığa əsasən 2018-ci ildə yaradılan Abituriyent Məsləhət Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə fəaliyyət göstərir.
Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında ödənişsiz köməklik göstərirlər.