




Dillər kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq xarici dillərin tədrisi istiqamətində fəaliyyət göstərir. Kafedraya dos. Sevil Qurbanova rəhbərlik edir. Kafedrada 40 nəfər professor-müəllim heyəti çalışır. Onlardan 3-ü dosent, 1 müəllim fəlsəfə doktoru, 1 müəllim elmlər doktoru, 5 doktorant, 4 baş müəllim və 26 nəfər müəllim kimi fəaliyyət göstərir.
“Dillər” kafedrası həm bakalavriat, həm də magistratura səviyyələri üzrə tədrisi həyata keçirir. Kafedra üzrə iki xarici dil – ingilis və alman dilləri tədris olunur. İngilis dili universitet üzrə bütün ixtisaslarda tədris olunur. Eyni zamanda, kafedra üzrə “Tərcümə” ixtisasında bütün fənlər ingilis dilində, II xarici dil olaraq isə alman dili tədris olunur.
Kafedrada tədris olunan fənlərin seminar məşğələləri kafedranın əyani və müasir texniki vasitələrlə təchiz edilmiş linqafon otaqlarında və xüsusi laboratoriyalarda keçirilir.
Bakalavr səviyyəsi
Kafedrada tədris olunan və ixtisasın məzmununu formalaşdıran əsas fənlər aşağıdakılardır: