




İnformasiya texnologiyaları kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını həyata keçirir. Kafedraya texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rahib Aydın oğlu İmamquluyev rəhbərlik edir.
Kafedrada 14 nəfərdən ibarət professor-müəllim heyəti tədrislə məşğuldur. Onlardan 5 nəfəri fəlsəfə doktoru, dosent, 2 nəfəri fəlsəfə doktoru, 1 nəfəri baş müəllim, 6 nəfəri müəllimdir.
Kafedrada elmi-tədqiqat işlərinin aparılmasına, monoqrafiya, dərslik, dərs vəsaiti, məqalələrin, müvafiq proqramların, tədris-metodik vəsaitlərin və mühazirə materiallarının hazırlanmasına xüsusi diqqət yetirilir. Kitabxanada fənlər üzrə dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər mövcuddur.
Tədrisin keyfiyyətinin yüksəldilməsi və ixtisaslı kadrların hazırlanması kafedranın fəaliyyətində mühüm yer tutur. Kafedrada fəaliyyət göstərən professor-müəllim heyətinin yerli nəşrlərdə, eləcə də beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına, o cümlədən Scopus və Web of Science bazalarına daxil olan dövri elmi nəşrlərdə çoxsaylı tezis və məqalələri dərc olunmuşdur. Bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi kafedranın qarşıya qoyduğu mühüm məsələlərdən biridir.
Kafedrada müxtəlif təhsil pillələri üzrə aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlığı həyata keçirilir:
Bakalavr səviyyəsi
Kafedrada tədris olunan əsas fənlər aşağıdakılardır:
Əlavə olaraq, kafedranın professor-müəllim heyəti tərəfindən bakalavr səviyyəsində “İnformatika”, “İnformasiya kommunikasiya texnologiyaları” və “İxtisas üzrə informasiya texnologiyaları” fənləri ingilis dilində təhsil alan tələbələrə də tədris edilir.

RAHİB AYDIN OĞLU İMAMQULUYEV
Elmi dərəcə
Texnika elmləri üzrə fəlsəfə doktoru
Vəzifə
"İnformasiya texnologiyaları" kafedrasının müdiri