




Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870 s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Plana əsasən “İqtisad elmləri” elm sahəsinə aid aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru üzrə doktoranturaya qəbul aparır:
5303.01 Mühasibat uçotu
5308.01 Ümumi iqtisadiyyat
5312.01 Sahə iqtisadiyyatı
Təqaüd imkanları: Doktorantura səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 300 manat təşkil edir.
Xaricdə təhsil imkanı: "Erasmus +", "Mevlane" və müxtəlif ölkələrin həyata keçirdiyi təqaüdlü mübadilə proqramları çərçivəsində 1 və ya 2 semestr xaricdə təhsil almaq imkanı