




Maliyyə kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq maliyyə sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını həyata keçirir. Kafedraya iqtisad elmləri namizədi, dosent İsmayıl Cəfər oğlu Həsənov rəhbərlik edir.
Kafedrada ümumilikdə 19 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan 1 nəfər iqtisad elmləri doktoru, 3 nəfər iqtisad elmləri namizədi, dosent, 7 nəfər iqtisad üzrə fəlsəfə doktoru, 7 nəfər doktorant, 1 nəfər isə müəllimdir.
Kafedra tərəfindən çap olunmuş dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər, tədris proqramları, monoqrafiyalar, elmi məqalələr və konfrans materiallarında maliyyə, büdcə sistemi, bank işi, sığorta, vergi və vergitutma, eləcə də investisiyaların idarə edilməsi sahələri üzrə maraqlı elmi-tədqiqat materialları öz əksini tapmışdır.
Kafedrada tədris olunan fənlərin seminar məşğələləri əyani vəsaitlər və müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi laboratoriyada keçirilir.
Kafedrada müxtəlif təhsil pillələri üzrə aşağıdakı istiqamətlərdə kadr hazırlığı həyata keçirilir:
Bakalavr səviyyəsi
Magistratura səviyyəsi
Kafedrada tədris olunan əsas fənlər aşağıdakılardır:

İSMAYIL CƏFƏR OĞLU HƏSƏNOV
Elmi dərəcə
İqtisad elmləri namizədi, dosent
Vəzifə
"Maliyyə" kafedrasının müdiri