








Bakı Biznes Universitetində tələbələrin müstəqil və sərbəst fəaliyyətlərini səmərəli təşkil etmək məqsədilə geniş imkanlara malik olan kitabxana fəaliyyət göstərir. Kitabxana tədris, elmi və metodiki informasiyanın əsas mənbəyidir. Universitet kitabxanasının ümumi sahəsi 432 m²-dir. O cümlədən 267 m² oxu zalı təşkil edir. Kitabxana 36 ədəd noutbuk və 1 ədəd sürətçıxaran maşınla təchiz edilmişdir. Universitet kitabxanasının fondu 253 526 nüsxədir. Fondda 245 180 nüsxə Azərbaycan dilində, 4778 nüsxə ingilis dilində, 3568 nüsxə isə rus dilində olan materiallar üstünlük təşkil edir. Bununla yanaşı Universitdə tədris edilən bütün fənlər üzrə müəllimlər tərəfindən hazırlanmış mühazirə mətnləri kitabxana tərəfindən cildlənmiş və tələbələrin istifadəsinə verilmişdir. Cari dövrdə tələbələrin istifadəsi üçün ən son dərsliklərin elektron versiyalarının əldə edilməsi istiqamətində işlər aparılır. Hazırda Universitet tərəfindən hazırlanmış 3 mütəxəssis kitabxana xidməti işi ilə məşğuldur. 2022-ci ildən BBU-nun kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv qəbul edilmişdir. Az.KİK beynəlxalq Electronic Information for Libraries (EIFL.net) təşkilatının ölkə üzrə tərəfdaşıdır. Bu əməkdaşlığın nəticəsi olaraq BBU-nun müəllim və tələbə heyəti elektron formada EBSCO Host məlumat bazasında olan 11000 jurnal (onlardan 8516-sı resenziya olunmuşdur), 2700-dən çox kitab və broşür, 510 qəzet adı ilə tanış olurlar.
2022-ci ildən BBU-nun kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna (Az.KİK) üzv qəbul edilmişdir. Az.KİK beynəlxalq Electronic Information for Libraries (EIFL.net) təşkilatının ölkə üzrə tərəfdaşıdır.
Bu əməkdaşlığın nəticəsi olaraq BBU-nun müəllim və tələbə heyəti elektron formada EBSCO Host məlumat bazasına çıxış əldə edirlər.
Cari dövrdə tələbələrin istifadəsi üçün ən son dərsliklərin elektron versiyalarının əldə edilməsi istiqamətində işlər aparılır. Universitdə tədris edilən bütün fənlər üzrə müəllimlər tərəfindən hazırlanmış mühazirə mətnlərinin elektron versiyaları tələbələrin istifadəsinə verilmişdir.