




Bakı Biznes Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin sosial hüquqlarının müdafiəsini həyata keçirən, onların asudə vaxtının səmərəli təşkilinə dəstək göstərən ictimai qurumdur. Komitə tələbələrin maraq və mənafelərini təmsil edir, onların universitet həyatında fəal iştirakına şərait yaradır. THİK tələbələrin təhsil müddətində qarşılaşdıqları problemlərin həllinə dəstək göstərir, qanuni hüquq və mənafelərinin qorunmasına kömək edir. Eyni zamanda maddi vəziyyəti çətin olan, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan tələbələr üçün sosial yardımların və güzəştlərin təşkilində iştirak edir. Akademik göstəriciləri və ictimai fəallığı ilə seçilən tələbələrin həvəsləndirilməsi də komitənin fəaliyyət istiqamətlərindəndir. Komitə tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə ekskursiyalar, düşərgələr, konsert proqramları, intellektual oyunlar, idman yarışları, yaradıcılıq festivalları və sərgilər təşkil edir. Bununla yanaşı, dövlət gənclər siyasətinin universitet mühitində həyata keçirilməsinə dəstək verir, tələbələrin ictimai fəallığının və sosial məsuliyyətinin artırılmasına xidmət edir.

Şahin Tofiq oğlu Musayev
Elmi dərəcə
İqtisad üzrə fəlsəfə doktoru, Biznes və menecment fakültəsinin dekanı, Həmkarlar təşkilatının sədri