




Bu Mərkəz universitet ilə əmək bazarı arasında körpü rolunu oynayaraq tələbələrin praktik bacarıqlarının artırılmasını, məzunların karyera inkişafını və innovativ təşəbbüslərin dəstəklənməsini təmin edir. Universitet–Sənaye Əməkdaşlığı və Məzunlarla İş Mərkəzi tələbə və məzunların peşəkar inkişafını dəstəkləyən əsas struktur bölmələrdən biridir. Mərkəz müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığını gücləndirmək, praktik bilik və bacarıqların inkişafını təşviq etmək və universitetin sənaye ilə inteqrasiyasını artırmaq məqsədilə fəaliyyət göstərir. Mərkəzin fəaliyyəti dörd əsas istiqamət üzrə qurulmuşdur:
Bu istiqamət tələbələrin nəzəri biliklərini praktik mühitdə tətbiq etməsinə şərait yaradır. Mərkəz yerli şirkət və qurumlarla əməkdaşlıq edərək təcrübə proqramları təşkil edir, təcrübə müddətində mentorluq və nəzarət mexanizmləri yaradır, tələbələrin ixtisaslarına uyğun müəssisələrdə yerləşdirilməsini, təcrübə nəticələrinin qiymətləndirilməsini və hesabatlılığı təmin edir. Nəticə olaraq tələbələr real iş mühiti ilə tanış olur, peşəkar bacarıqlarını inkişaf etdirir və əmək bazarına daha hazır şəkildə daxil olurlar.
Bu istiqamət innovativ ideyaların formalaşdırılması və kommersiyalaşdırılmasına yönəlib. Mərkəz tələbələr üçün startap inkubasiya proqramları, startap yarışları təşkil edir, biznes ideyaların inkişafı üçün təlim və mentorluq xidmətləri təqdim edir, investorlar və fondlarla əlaqə qurulmasına dəstək verir. Bu fəaliyyətlər nəticəsində universitet daxilində sahibkarlıq mühiti formalaşır və yeni biznes təşəbbüsləri ortaya çıxır.
Bu istiqamət universitet məzunları ilə davamlı əlaqələrin qurulmasını təmin edir. Mərkəz məzun bazasını formalaşdırır və mütəmadi yeniləyir, məzunlarla sorğular vasitəsi ilə mövcud məşğulluq vəziyyətini qiymətləndirir, məzunların əmək bazarına cəlb edilməsi yönündə müxtəlif fəaliyyətlər həyata keçirir, məzunların karyera inkişafını izləyir və statistik məlumatlar toplayır. Bu yanaşma universitetin reputasiyasını gücləndirir və tələbələr üçün real rol modellər yaradır.
Bu istiqamət tələbə və məzunların əmək bazarına inteqrasiyasını asanlaşdırır. Dövlət, özəl və beynəlxalq müəssisələrlə əməkdaşlıq, birgə layihələr və müqavilələrin icrası, işəgötürənlərin rəy və təkliflərinin öyrənilməsini təmin edir. Mərkəz CV yazılması və müsahibə hazırlığı üzrə təlimlər keçir, iş elanlarının paylaşılması və işəgötürənlərlə əlaqələrin qurulmasını təmin edir, karyera sərgiləri və iş yarmarkaları təşkil edir, həmçinin fərdi karyera məsləhətləri təqdim edir. Bu xidmətlər tələbə və məzunların iş tapma imkanlarını artırır və onların peşəkar inkişafına dəstək olur.