




Bakı Biznes Universitetinə əcnəbilərin qəbulu “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2015-ci il tarixli 125 saylı Qərarına əsasən tənzimlənir.
Əcnəbilərin Bakı Biznes Universitetində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:
Bakı Biznes Universitetində təhsil almaq üçün müraciət edən əcnəbilər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş Elektron Sisteminin (portal.edu.az) “Elektron sənəd qəbulu” altsistemi vasitəsilə elektron qaydada müraciət etməlidirlər. Müraciətlər ATİS-də (atis.edu.az) qeydiyyata alınır və hər bir əcnəbiyə sistemdə şəxsi kabinet açılır. Əcnəbi onun üçün açılmış şəxsi kabinetdə müraciətinin cari vəziyyətini izləyə bilər. Əcnəbi ATİS-in Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:
Tələb olunan sənədlər ATİS-də qeydiyyata alındıqdan sonra Tələbə Qəbulu Komissiyası tərəfindən toplanılır və komissiyada müzakirə olunur. Dil Biliklərinin Yoxlanılması Komissiyası tərəfindən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlıq və tədris dilini bilmə səviyyəsi yoxlanılır.
Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal) dil biliklərinin yoxlanılmasından azad olunurlar.
Aşağıdakı kateqoriyalardan olan əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlar:
Müvafiq komissiyaların (Tələbə Qəbulu Komissiyası və Dil Biliklərinin Yoxlanılması Komissiyası) qərarına əsasən protokol hazırlanır. Tələbə Qəbulu Komissiyasının protokolundan çıxarış əsasında Beynəlxalq əlaqələr şöbəsi tərəfindən təqdimat hazırlanaraq rektorluğa təqdim olunur. Müvafiq təqdimat əsasında əcnəbi tələbələrin universitetə qəbulu əmrlə rəsmiləşdirilir.
Qəbul üçün tələb olunan sənədlərin əsli tələbə ölkəyə daxil olduqdan sonra Tələbə şöbəsinə təqdim olunur.
Əcnəbilərin təhsilinin təşkili müvafiq dövlət standartları və təhsil proqramları əsasında həyata keçirilir. Əcnəbilərin təhsili Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, kredit sistemi əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi ixtisas (ixtisaslaşma) üzrə təhsil proqramlarına müvafiq olaraq təsdiq olunmuş tədris planları əsasında həyata keçirilir.
Tələbənin vaxtında universitetə üzürlü səbəblərdən gələ bilmədiyi halda tədris prosesi normativ qaydalara uyğun tənzimlənir.
Bakı Biznes Universitetində təhsil alan əcnəbilər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hüquqlara malikdirlər. Əcnəbilər universitetin daxili nizam-intizam qaydalarına riayət etməlidirlər.