Universitet Tələbə Gənclər Təşkilatı 1999-cu ildən fəaliyyət göstərir. Hazırda təşkilata universitetin tələbəsi Ülvi Xudiyev rəhbərlik edir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
- Tələbələr arasında maarifləndirmə işinin aparılması
- Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi
- Tələbələrin hüquqlarının təmin edilməsi
- Tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi
- Tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi
- Tələbələrin problemlərin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması
- Tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması
- Tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və xidmətlərin təşkil edilməsi
Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi konfranslarda ölkənin ali məktəblərinin tələbələri və onların elmi rəhbərləri iştirak etmişlər. Belə konfranslarda tələbələr tərəfindən edilmiş ən yaxşı məruzələr seçilərək I, II və III dərəcəli diplomlarla mükafatlandırılmışlar. Bakı Biznes Universitetinin tələbələri respublika ali məktəblərinin tələbələri ilə elmi əməkdaşlıq edirlər. TEC-in elmi forumlarında ən yaxşı məruzə və çıxışları jurnal səhifələrində nəşr edilir. Bu isə elmi-tədqiqat nəticəsi kimi qiymətləndirilir.