




Bakı Biznes Universitetində tələbələr arasında startap ideyalarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində təşkil olunan görüşlər və göstərilən dəstək tədbirləri davamlı şəkildə həyata keçirilir. Bu görüşlər çərçivəsində tələbələr innovativ düşüncə, sahibkarlıq bacarıqları və real biznes problemlərinə yaradıcı yanaşmalar barədə praktiki biliklər əldə edirlər. Startap ideyası olan və ya bu sahəyə maraq göstərən tələbələr üçün peşəkar mentorlar tərəfindən məsləhətlər verilir və istiqamətləndirici dəstək göstərilir. Eyni zamanda, tələbələr innovativ komandaların tərkibində yer almaq və real layihələr üzərində işləmək imkanı qazanırlar. Bu proses onların həm nəzəri biliklərini praktikada tətbiq etmələrinə, həm də komanda işi bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradır. Öz ideyasını reallaşdırmaq və ya innovativ mühitin bir parçası olmaq istəyən tələbələr üçün geniş imkanlar mövcuddur. Maraqlanan şəxslər Bakı Biznes Universitetinin 420-ci otağında yerləşən Universitet–Sənaye Əməkdaşlığı və Məzunlarla İş Mərkəzinə müraciət edə bilərlər. Burada hər bir tələbəyə ideyasının inkişafı üçün zəruri dəstək və yönləndirmə təqdim olunur.
Yenilikçi ideyanı bizimlə bölüş, gələcəyi birlikdə quraq!