Bakı Biznes Universiteti tələbələrin professional və şəxsi inkişafı üçün Karyera və Hazırlıq Mərkəzinin əsasını qoymuşdur. Karyera Mərkəzinin əsas məqsədi tələbələri professional həyata hazırlamaq, gələcək karyeralarında onlara lazım ola biləcək lazımi təlimlərlə, xüsusi kurslarla, yay və qış məktəbləri ilə, təcrübə proqramları və məzun yarmarkası ilə təmin edərək onlara daha asan iş tapmağa kömək etməkdir. Biz həmçinin mütəmadi olaraq məzunlarımızla da görüşlər keçirir, onların karyerasındakı inkişafı izləyir və fərdi istək üzərinə konsultasiyalar keçiririk. Karyera və Hazırlıq Mərkəzi tədris ili boyunca aşağıdakı fəaliyyət sahələri üzrə tələbələrə xidmət göstərir.
- Təlimlər
- Professional CV və motivasiya məktubunun hazırlanması qaydaları
- İş yerlərinə müraciətin edilməsi və müsahibələrdən keçmək üçün bacarıqların artırılması
- Professional karyera inkişafının düzgün planlaşdırılması
- İş yerlərində danışıqların aparılması, güzəştlərin əldə edilməsi və inamın yaradılması
- Zamanın idarə olunması təlimi
- Maliyyənin effektiv idarə olunması təlimi
- Layihələrin idarə olunması təlimi
- Kritik düşüncənin inkişafı
- Liderlik bacarıqlarının artırılması
- Uğurlu karyera naminə şəxsi və peşə bacarıqlarının düzgün metodlarla ardıcıl təbliği
- E-maillərin yazılması, telefon danışıqlarının aparılması və məlumatların analizi
- Xaricdə təhsil
- Xaricdə təhsil imkanları barədə mütəmadi məlumatlandırma
- Təqaüd proqramlarını araşdırmaq və müraciət etməkdə tələbələrə dəstək
- Xaricdə keçirilən qısa müddətli yay və qış məktəbləri, təlim proqramları və kurslar barədə elanlar
- Qəbul prosesində dəstək göstərmək
- Yay təcrübəsi
- Müxtəlif şirkətlərlə danışıqlar apararaq tələbələrin yay təcrübə proqramlarında iştirakını təmin etmək
- Aylıq Seminarlar
- Elm, dövlət və iş dünyasında uğur qazanmış şəxslərlə tələbələrin səmimi görüşlərinin təşkili
- Təcrübə gəzintiləri
- Müxtəlif şirkət və sənaye müəssisələrinə təcrübə gəzintiləri və ekskursiyaların təşkili
- İllik əmək yarmarkalarının təşkil olunması
- İllik əmək yarmarkalarının təşkili