











11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbə qızlar üçün Vinq Çun döyüş sənəti üzrə özünümüdafiə üsullarına dair seminar təşkil edilmişdir. Seminara Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti və Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov rəhbərlik etmişdir. Tədbirin əsas məqsədi qadınların özünümüdafiə bacarıqlarının inkişaf etdirilməsi, fiziki hazırlığın gücləndirilməsi və sağlam həyat tərzinin təşviq edilməsi olmuşdur. Asif Sayadov öncəliklə iştirakçılara Vinq Çun döyüş sənətinin yaranma tarixi, fəlsəfəsi, texniki xüsusiyyətləri və praktiki özünümüdafiə tətbiqləri barədə geniş məlumat vermişdir. Seminar zamanı tələbə qızlar üçün müxtəlif hərəkətlər nümayiş etdirilmiş, təhlükəsiz özünümüdafiə üsulları izah edilmiş və praktiki məşğələlər keçirilmişdir. İştirakçılar seminarda böyük maraqla iştirak etmiş, Vinq Çun sənətinin gündəlik həyatda tətbiq oluna biləcək faydaları barədə suallarına ətraflı cavab almışlar. Seminar iştirakçıları qeyd edib ki, bu kimi tədbirlər universitetdə tələbələrin fiziki və sosial bacarıqlarının inkişafı, həmçinin onların təhlükəsizlik və özünümüdafiə biliklərinin artırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

Est officia velit eligendi et laboriosam itaque adipisicing excepturi voluptatum voluptate recusandae Adipisci nulla anim enim quidem
04.09.2027
Test
13.07.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbə qızlar üçün Vinq Çun döyüş sənəti üzrə...
16.01.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Tərcümə” ixtisasının IV kurs tələbələri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr e...
16.01.2026
09 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “davamly.az” Marketinq Agentliyinin mütəxəssisi Həsən Hüseynsoy tərəfindən “SMM və Süni int...
16.01.2026