











03 dekabr 2025-ci il tarixində “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatı və Süni İntellekt Platformasının birgə təşəbbüsü və Bakı Biznes Universitetinin təşçkilatçılığı ilə tələbələr üçün süni intellekt mövzusunda maarifləndirici görüş təşkil edilmişdir. Tədbirin məqsədi tələbələrə süni intellekt texnologiyalarının əsas istiqamətləri, tətbiq sahələri və gələcək inkişaf perspektivləri barədə məlumat vermək, həmçinin bu sahədə qlobal tendensiyalarla onları yaxından tanış etmək olmuşdur. Görüş zamanı Süni İntellekt Platformasının yaradıcı direktoru Emil Abdullayev və direktor müavini Muhammed Babayev tələbələrə süni intellektin müasir iqtisadiyyat, biznes, marketinq, təhsil və digər sahələrdə tətbiqi, etik çərçivələr və təhlükəsizlik prinsipləri, eləcə də dünya üzrə sürətlə dəyişən süni intellekt tendensiyaları haqqında dəyərli məlumatlar təqdim etmişlər. Tədbir interaktiv sual-cavab sessiyası ilə davam etmiş, tələbələri maraqlandıran mövzular üzrə fikir mübadiləsi aparılmışdır. Görüş, tələbələrin süni intellekt sahəsinə marağının artırılması və onların gələcək karyera planlarında süni intellekt bacarıqlarının rolunun dərk edilməsinə mühüm töhfə vermişdir.

Est officia velit eligendi et laboriosam itaque adipisicing excepturi voluptatum voluptate recusandae Adipisci nulla anim enim quidem
04.09.2027
Test
13.07.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbə qızlar üçün Vinq Çun döyüş sənəti üzrə...
16.01.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Tərcümə” ixtisasının IV kurs tələbələri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr e...
16.01.2026
09 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “davamly.az” Marketinq Agentliyinin mütəxəssisi Həsən Hüseynsoy tərəfindən “SMM və Süni int...
16.01.2026