












21 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə birgə təhsil tələbə kreditləri mövzusunda məlumatlandırıcı görüş keçirilib. Tədbirin məqsədi tələbələrin təhsil kreditləri haqqında məlumatlılığını artırmaq, Fondun fəaliyyət prinsipləri və müraciət qaydaları barədə ətraflı məlumat təqdim etmək olub. Görüşdə TTKF-nin Təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Kifayət Lələzadə, Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydarov, dekanlar Şahin Musayev və Afidə Həsənova, həmçinin universitetin tələbələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan prorektor Cavidan Heydarov ölkəmizdə təhsilin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsində TTKF-nin mühüm rolunu vurğulayıb. O, bu cür görüşlərin tələbələrin sosial rifahının artırılması və təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Daha sonra Kifayət Lələzadə Fondun məqsədi, fəaliyyət istiqamətləri və təhsil tələbə kreditlərinin növləri barədə geniş təqdimatla çıxış edib. O, kreditlərin verilmə meyarları, müraciət prosesi, onlayn platformadan istifadə qaydaları, güzəşt şərtləri və ödəniş mexanizmləri haqqında məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıb.

Est officia velit eligendi et laboriosam itaque adipisicing excepturi voluptatum voluptate recusandae Adipisci nulla anim enim quidem
04.09.2027
Test
13.07.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tələbə qızlar üçün Vinq Çun döyüş sənəti üzrə...
16.01.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Tərcümə” ixtisasının IV kurs tələbələri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr e...
16.01.2026
09 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “davamly.az” Marketinq Agentliyinin mütəxəssisi Həsən Hüseynsoy tərəfindən “SMM və Süni int...
16.01.2026