




Menecment və marketinq kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq idarəetmə və marketinq sahələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını həyata keçirir. Kafedraya iqtisad üzrə fəlsəfə doktoru, dosent Rahim Fərahim oğlu Sadıqov rəhbərlik edir.
Kafedrada 17 nəfərdən ibarət professor-müəllim heyəti çalışır. Onlardan 1 nəfəri iqtisad elmləri doktoru, 8 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, dosent, 8 nəfəri isə müəllimdir.
Kafedranın müəllimləri elmi-tədqiqat işləri aparır, monoqrafiya, dərslik, dərs vəsaitləri və elmi məqalələrin nəşri ilə məşğul olurlar. Kollektiv üzvləri tərəfindən tədris olunan fənlər üzrə proqramlar və tədris-metodik vəsaitlər beynəlxalq standartlara uyğunlaşdırılmış, mühazirə mətnləri hazırlanaraq tələbələrin istifadəsinə verilmişdir.
Kafedra tədris və elmi-tədqiqat sahəsində beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparır, tədrisi müasir tələbəyönümlü təlim metodları əsasında həyata keçirir.
Kafedrada müxtəlif təhsil pillələri üzrə aşağıdakı istiqamətlərdə kadr hazırlığı həyata keçirilir:
Bakalavr səviyyəsi
Magistratura səviyyəsi
Menecment
Marketinq
Kafedrada “Menecment” və “Marketinq” ixtisasları üzrə ümumilikdə 41 fənn tədris edilir.

RAHİM FƏRAHİM OĞLU SADIQOV
Academic degree
PhD in Economics, Associate Professor
Position
Head of the Management and Marketing Department