




Mühasibat uçotu və audit kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq mühasibat uçotu, audit, təhlil və statistika sahələri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını həyata keçirir. Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Ayətulla Suvahil oğlu Cabbarov rəhbərlik edir.
Kollektivin professor-müəllim heyəti 17 nəfərdən ibarətdir. Onlardan 1 nəfəri elmlər doktoru, professor, 1 nəfəri professor, 2 nəfəri dosent, 5 nəfəri iqtisad üzrə fəlsəfə doktoru, 1 nəfəri baş müəllim, 7 nəfəri müəllimdir. Kafedranın, həmçinin, 12 doktorantı vardır.
Kollektivin üzvləri tədrislə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olurlar. Onlar monoqrafiya, dərslik, dərs vəsaiti, elmi məqalələrin, keçirilən fənlərın proqramlarının, tədris-metodik vəsaitlərinin işlənməsinə və mühazirə materiallarının hazırlanaraq universitetin kitabxanasına təhvil verilməsinə xüsusi diqqət yetirilir.
“Mühasibat uçotu və audit” kafedrası üzrə ixtisaslaşdırılmış və ən müasir texnologiyaya malik laboratoriya fəaliyyət göstərir. Laboratoriya mühasibat və audit sahəsi üzrə əyani dərs vəsaitləri, texniki vasitələr və multimedia avadanlıqları ilə zəngindir. Məşğələlərdə həmin vəsaitlərdən istifadə etməklə professor-müəllim heyəti tədrisi fəal təlim üsulu əsasında qurur, biliyin aşılanmasının müasir üsullarını tətbiq edir. İxtisas tələbələri mühasibat uçotunun proqram təminatına dair nəzəri və praktiki bilikləri mənimsəyir, peşə vərdişlərini kompüter texnologiyaları vasitəsilə formalaşdırırlar.
Kafedranın əməkdaşları bir neçə xarici universitetdə ixtisasartırma proqramlarında iştirak etmişlər.
Kafedrada müxtəlif təhsil pillələri üzrə aşağıdakı istiqamətlərdə kadr hazırlığı həyata keçirilir:
Bakalavr səviyyəsi
Magistratura səviyyəsi
Doktorantura səviyyəsi
Kafedrada tədris olunan və ixtisasların məzmununu formalaşdıran əsas fənlər aşağıdakılardır:

AYƏTULLA SUVAHİL OĞLU CABBAROV
Academic degree
PhD in Economics
Position
Head of the Accounting and Audit Department