




İqtisadi nəzəriyyə kafedrası Bakı Biznes Universitetinin əsas akademik struktur bölmələrindən biri olaraq iqtisadiyyat elminin fundamental sahələri üzrə tədris və elmi-tədqiqat fəaliyyətini həyata keçirir. Kafedraya iqtisad üzrə fəlsəfə doktoru Mirzai Cabir Cəbrayıl oğlu rəhbərlik edir. Kafedranın elmi-pedaqoji heyəti professor, dosent, müəllim və doktorantlardan ibarətdir. Kafedra mikroiqtisadiyyat, makroiqtisadiyyat, iqtisadi nəzəriyyə, institusional iqtisadiyyat, iqtisadi siyasət və digər nəzəri-iqtisadi istiqamətlər üzrə ixtisaslaşmışdır.
Tədris prosesində kafedra tələbələrin müasir iqtisadi düşüncə tərzinə malik olması, analitik və nəzəri biliklərinin inkişaf etdirilməsi, eləcə də iqtisadiyyat üzrə elmi yanaşmaları mənimsəməsi üçün müasir metodologiya əsasında tədris prosesinin təşkilini qarşıya əsas vəzifə kimi qoymuşdur.
Kafedra həm bakalavriat, həm magistratura, həm də doktorantura səviyyələrində tədris prosesini həyata keçirir və təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılmasını təmin edir. Tədris heyətinin hazırladığı fənn proqramları və metodik materiallar beynəlxalq standartlara əsaslanaraq mütəmadi olaraq yenilənir, mühazirə mətnləri sistemləşdirilərək tələbələrin istifadəsinə təqdim olunur.
Heyət üzvləri iqtisadi nəzəriyyə və tətbiqi iqtisadiyyat sahəsində elmi tədqiqatlar aparır, dərslik və monoqrafiyalar hazırlayır, yerli və beynəlxalq elmi tədbirlərdə çıxış edirlər.
Kafedra əməkdaşlarının elmi araşdırmaları ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq makroiqtisadi sabitlik, iqtisadi artım modelləri, bazar mexanizmləri, institusional islahatlar və digər istiqamətlər üzrə aparılır.
Kafedranın məqsədi müasir iqtisadi nəzəriyyəyə əsaslanan yüksəkixtisaslı kadrlar hazırlamaq, elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək və iqtisad elminin tədrisində innovativ yanaşmaları tətbiq etməkdən ibarətdir.
Kafedrada müxtəlif təhsil pillələri üzrə aşağıdakı istiqamətlərdə kadr hazırlığı həyata keçirilir:
Bakalavr səviyyəsi
Magistratura səviyyəsi:
Doktorantura səviyyəsi:
Kafedrada tədris olunan əsas fənlər aşağıdakılardır:

AZƏR MAARİF OĞLU PƏNAHOV
Academic degree
PhD in Economics
Position
Head of the Economic Theory Department