




Humanitar fənlər kafedrası Bakı Biznes Universitetinin mühüm akademik struktur bölmələrindən biri olaraq humanitar və sosial yönümlü fənlərin tədrisini və elmi-tədqiqat fəaliyyətini həyata keçirir. Kafedraya fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhsəti Sabir qızı Cəfərova rəhbərlik edir.
Kafedranın professor-müəllim heyəti 37 nəfərdən ibarətdir. Onlardan 3 nəfəri professor, 6 nəfəri dosent, 8 nəfəri fəlsəfə doktoru, 10 nəfəri doktorant, 8 nəfəri isə müəllimdir.
Kafedranın professor-müəllim heyəti tərəfindən elmi-tədqiqat işləri kafedranın planına uyğun aparılır. Buraya dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, metodik vəsaitlər, fənn proqramları, mühazirə mətnləri, təqdimatlar və elmi məqalələr daxildir. Tədris olunan fənlər üzrə seminar məşğələləri əyani vəsaitlərlə və müasir texniki vasitələrlə təchiz edilmiş kafedranın xüsusi laboratoriyasında keçirilir.
Kafedrada müxtəlif təhsil pillələri üzrə aşağıdakı istiqamətlərdə kadr hazırlığı həyata keçirilir:
Bakalavr səviyyəsi
Magistratura səviyyəsi
Kafedrada “Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları”, “Dövlət qulluğu”, “Azərbaycan tarixi”, “Mülki müdafiə”, o cümlədən “Sosial iş” ixtisası üzrə aşağıdakı bir sıra fənlər tədris olunur:
Kafedrada digər fənlər ilə birlikdə bakalavr səviyyəsi üzrə 57, magistratura səviyyəsi üzrə 20 olmaqla ümumilikdə 77 fənn tədris olunur.

AYSEL TOFİQ QIZI QASIMOVA
Academic degree
PhD in Economics
Position
Head of the Humanities Department