Fakültə dekanlarının vəzifələri
- Mövcud normativ-hüquqi aktlara uyğun olaraq fakültədə tədrisin təşkili və Elmi Şuranın qəbul etdiyi qərarları icra edir;
- Müəllimlərin mühazirə, seminar və laboratoriya məşğələlərinin keyfiyyəti üzərində nəzarət edir;
- Dövri olaraq kafedraların tədris, elmi, mədəni-kütləvi və digər ictimai işlər sahəsindəki fəaliyyətini yoxlayır və fakültə Elmi Şurasında müzakirə edir;
- Fakültədə dərs aparan müəllimlərin mühazirə mətnləri, məşğələ materialları, proqram və digər tədris vəsaitləri ilə təminatına nəzarət edir;
- Tələbələrin dərsə davamiyyəti və mənimsəmə səviyyəsi üzərində nəzarət edir, zəruri hallarda valideynlərlə sıx əlaqə yaradır;
- Tələbələrin mühazirə və məşğələ dərsləri ilə optimal yüklənmələri üzərində nəzarət edir;
- İmtahanların təşkili, keçirilməsi və nəticələrinin kafedralarda, fakültə Elmi Şurasında müzakirə edilməsi üzərində nəzarət edir;
- Fakültə üzrə cari işlərin yerinə yetirilməsinə nəzarət edir.