Kafedra Müdirlərinin Vəzifələri
- Növbəti tədris ili üçün professor-müəllim heyətinin komplektləşdirilməsini və akademik yüklərin normativə uyğun olaraq bölüşdürülməsini təmin edir;
- Müəllimlər işə qəbul edilərkən onların ixtisaslarının kafedranın profilinə uyğunluğuna nəzarət edir;
- Kafedrada tədris ili ərzində problem-mühazirələrin dinlənilməsi, elmi seminarların keçirilməsi və müzakirəsini təmin edir;
- Xarici və respublika daxilində müvafiq ali təhsil müəssisələrinin kafedralarının iş təcrübəsini öyrənir və tətbiq edir;
- İxtisaslar üzrə tədris olunan fənlərin dərslik, dərs vəsaiti, monoqrafiya, tədris-metodik vəsaitlərinin yazılmasını və mühazirə fondunun yaradılmasını təmin edir;
- Kafedranın professor-müəllim heyəti arasında sağlam mənəvi-psixoloji iqlim yaradır;
- Kafedra üzrə keyfiyyət səviyyəsinin daha da artırılması istiqamətində mütəmadi iş aparılması, əlavə məşğələ və məsləhət saatlarının keçirilməsini təmin edir;
- Məşğələ dərsləri keçirilərkən ixtisas laboratoriyalarından, kompüter otaqlarından, audio-video və linqafon kabinetlərindən dolğun və səmərəli istifadəni təmin edir;