








Bakı Biznes Universitetində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşı Səbinə Tağıyevanın təqdimatında “Kibermüdafiə Ekosistemi: SOC komandalarının proaktiv və reaktiv funksiyaları” mövzusunda ustad dərsi təşkil olunub. Tədbir XRİTDX ilə Bakı Biznes Universiteti arasında imzalanmış “Əməkdaşlıq haqqında Memorandum” çərçivəsində həyata keçirilib. Ustad dərsi zamanı kibermüdafiənin çoxqatlı modeli, NIST CSF əsaslı SOC yetkinlik səviyyələri, proaktiv və reaktiv müdafiə yanaşmalarının fərqləri, eləcə də real insidentlər əsasında SOC əməliyyatlarının optimallaşdırılması kimi mövzular ətrafında geniş izahlar verilib. Tələbələrə sahə üzrə qabaqcıl yanaşmalar, tətbiqi praktiki nümunələr və müasir trendlər təqdim olunub, həmçinin aktual məsələlərə dair dərin analitik müzakirələr aparılıb. Praktiki hissədə RDP Brute Force hücumunun aşkar edilməsi və araşdırılması üzrə təhlükəsizlik ssenarisinin icrası nümayiş etdirilib. Bu zaman SOC analitiklərinin insidentə yanaşma metodları, logların korrelyasiyası, IP reputasiyasının qiymətləndirilməsi, davranış əsaslı analiz və hücumun məhdudlaşdırılması tədbirləri əyani şəkildə göstərilib.

Est quia pariatur Error magnam neque dignissimos quae similique qui
04.09.2027
Test
13.07.2026
On December 11, 2025, a seminar on self-defense techniques in the Wing Chun martial art was organized for female students at Baku Business University ...
16.01.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Tərcümə” ixtisasının IV kurs tələbələri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr e...
16.01.2026
09 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “davamly.az” Marketinq Agentliyinin mütəxəssisi Həsən Hüseynsoy tərəfindən “SMM və Süni int...
16.01.2026