









Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantları üçün elmi-tədqiqat təcrübəsinə start verilib. Noyabrın 12-dən dekabrın 9-dək keçirilən təlimlərdə BBU-nun II kurs üzrə təhsil alan 10 magistrantı iştirak edir. Təcrübənin yüksək səviyyədə təşkili məqsədilə i.f.d., dosent Tariyel Qurbanov magistrantların elmi-tədqiqat təcrübəsinin rəhbəri təyin olunub. İqtisadiyyat İnstitutunda təcrübə proqramına qoşulan magistrantlarla görüş keçirilib. Görüşdə BBU-nun Magistratura və Doktorantura Mərkəzinin rəhbəri İsmayıl Şərifli, eləcə də Universitet–Sənaye Əməkdaşlığı və Məzunlarla İş Mərkəzinin direktoru, i.ü.f.d. Qafar Bağırov iştirak ediblər. Təlimlərin keçirilməsi Bakı Biznes Universiteti ilə İqtisadiyyat İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsaslanır. Müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla təşkil olunan bu kurslar Azərbaycanda özəl universitetlə elmi institut arasında ixtisas yönümlü təlimlərin təşkili baxımından diqqətçəkən və innovativ təcrübə hesab olunur. Təcrübə müddətində magistrantlar üçün elmi-tədqiqat yönümlü məşğələlər və praktiki dərslər İqtisadiyyat İnstitutunun aparıcı alimləri tərəfindən keçirilir. Proqram çərçivəsində magistrantlar institutda aparılan fundamental elmi-tədqiqat işləri ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Təcrübə başa çatdıqdan sonra iştirakçılara İqtisadiyyat İnstitutunun sertifikatlarının təqdim edilməsi nəzərdə tutulur.

On December 11, 2025, a seminar on self-defense techniques in the Wing Chun martial art was organized for female students at Baku Business University ...
16.01.2026
11 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Tərcümə” ixtisasının IV kurs tələbələri arasında “Konstitusiya və Suverenlik ili”nə həsr e...
16.01.2026
09 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “davamly.az” Marketinq Agentliyinin mütəxəssisi Həsən Hüseynsoy tərəfindən “SMM və Süni int...
16.01.2026
06 dekabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilmiş futbol turnirinin final mərhələsi ...
16.01.2026
03 dekabr 2025-ci il tarixində “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatı və Süni İntellekt Platformasının birgə təşəbbüsü və Bakı Biznes Universiteti...
16.01.2026